AZ

Yaşıl tikintiyə “YAŞIL İŞIQ” – Azərbaycan iqlimi belə binalara ƏLVERİŞLİDİR?

Azərbaycanda yaşıl tikinti son dönəmlər gündəmdədir. Tikililər müasir həyatın zəruri hissəsidir. Ona görə də, tikililərin ətraf aləmə təsiri qaçınılmazdır.

Məlumat üçün qeyd edək ki, yaşıl tikinti ətraf mühitə zərər verməyən binalardır. Bu binalarda istilik, işıq, qaz, su təbii yollarla əldə olunur. 

Meşə massivlərinə qarşı mübarizə

Daşınmaz əmlak məsələləri üzrə ekspert Ramil Osmanlı Bizim.Media-ya danışıb ki, Azərbaycanda yaşıl tikinti ilk olaraq ətraf ərazilərin yaşıllaşdırılması ilə başlanmalıdır.

 

MÖVZU İLƏ BAĞLI:

Yaşıl iqtisadiyyata keçid Azərbaycana hansı töhfələri verəcək? – “Eco-Element” MMC-nin direktoru ilə MÜSAHİBƏ


“Tikinti sektorunda müəyyən dəyişikliklər həyata keçirilir. Yeni qaydalar müəyyən olunub. 2019-cu ildən bu yana artıq tikinti şirkətlərinə tikinti əraziləri verilərkən həmin standartların tətbiq olunmasına başlanılıb. Bakı şəhərinin baş planında da müəyyən yaşıl zonaların, meşə zolaqlarının yaradılması ilə bağlı çox ciddi konseptual istiqamətlər müəyyən olunub”.

Yaşıl zonaların vacibliyi

Ekspert bildirir ki, tikinti şirkətləri binaların tikintisi zamanı ağacların qırılmasına həssas yanaşmırlar.

“Xüsusilə, tikinti meydançaları, ərazilərində iş adamları tərəfindən yaşıllıqlara qarşı amansız davranışlar müəyyən olunub. Cərimələr var, amma hesab edirəm ki, azdır. Bütün hallarda mən düşünürəm ki, paytaxtın boz şəhərdən ekoloji baxımdan təmiz, yaşıl şəhərə çevrilməsi üçün qaydalara əməl olunması vacibdir. Çünki gələcəkdə şəhərsalma tədbirləri nəticəsində yeni ərazilərdə şəhərsalma istəqamətləri müəyyən olunarkən hesab edirəm ki, artıq tikinti əraziləri ilə yanaşı yaşıl zonalara, meşə zolaqlarına ehtiyac görülür”.

Yaşıl tikintiyə keçid

Ekoloji cəhətdən yaşıl tikintiyə gəldikdə isə Ramil Osmanlı deyir ki, Azərbaycan iqlimi də belə binaların inşası üçün əlverişlidir: 

“Bununla bağlı Azərbaycanda müəyyən pilot layihələr icra olunub. Amma mənbələr açıq olmadığından həmin pilot layihələrin nə ilə nəticələndiyi məlum deyil. Azərbaycanda bununla bağlı geniş yayılmış təcrübə mövcud deyil. Əlbəttə ki, bizim də yaşıl tikintiyə keçməyimiz mümkündür”.

Nuray, Bizim.Media

Seçilən
99
38
bizim.media

10Mənbələr