AZ

Vətəndaş çıxarış ala bilmir- Pay torpağı başqasına SATILIB? - VİDEO

Vətəndaş çıxarış ala bilmir- Pay torpağı başqasına SATILIB? - VİDEO

Qusar rayonunun Avaran kəndində vətəndaş pay torpağına çıxarış almaq üçün müraciət edəndə xoşagəlməz halla üzləşib. Məlum olub ki, onlara məxsus torpaq sahəsinin yarısı müxtəlif şəxslərə həyətyanı sahə kimi satılıb. Vətəndaş indi bələdiyyəni günahlandırır. İddia edir ki, ona məxsus pay torpağını bələdiyyə həyətyanı sahə kimi satıb.

Sonxeber.az xəbər verir ki, ATV-nin əməkdaşları məsələnin mahiyyətini öyrənməyə çalışıb:

"Bizim bələdiyyəmiz təyinatı dəyişməyən pay torpağını həyətyanı sahə kimi satıb. Mən bir ildir ki, sənədlər əlimdə ola-ola gəzirəm. Mən çıxarış ala bilmirəm. Amma kənardan gələn insanlar pay torpaqlarını həyətyanı sahə kimi təyinatı dəyişilmədən çıxarış əldə ediblər. 1 hektarlıq pay torpağıma daxil olublar".

Məsələ ilə bağlı kənd bələdiyyəsi proseslərdən xəbərsiz olduğunu bildirib. Kənd bələdiyyəsi pay torpağını vətəndaşdan başqa heç kimin satmasının mümkün olmadığını deyir.

Ətraflı "ATV"nin süjetində:

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
66
sonxeber.az

1Mənbələr