AZ

İtaliyanın SWG SPA şirkəti seçkiöncəsi sorğu keçirib

Bakı. Trend:

Azərbaycanda cari ilin sentyabrın 1-də keçiriləcək növbədənkənarparlament seçkilərində "Exit poll" keçirmək üçün Mərkəzi SeçkiKomissiyasında qeydə alınan İtaliyanın SWG SPA şirkəti cari ilin 15iyul - 15 avqust tarixləri arasında Milli Məclisə sentyabrın 1-nətəyin edilmiş növbədənkənar parlament seçkiləri ilə bağlı yerlirespondentlər arasında sorğu keçirib.

Trend xəbər verir ki, sorğu 119 seçki dairəsinin 952məntəqəsində aparılıb.

SWG SPA şirkətinin mütəxəssisləri tərəfindən hazırlanmış sorğu“face-to-face” (üzbəüz) üsulu ilə aparılıb. Anketdə respondentlərəünvanlanan suallar və onların cavabları qeyd olunub. Sorğuiştirakçıları sorğunun anonimliyi, cavabların isə məxfiliyininqorunması barədə əvvəlcədən məlumatlandırılıblar. Bu da cavablarınsəmimi olmasında və respondentlərin mövqeyini əks etdirməsindəmühüm əhəmiyyət kəsb edib.

SWG SPA şirkətinin hazırladığı proqram əsasında alınan cavablartəhlil olunub və əldə edilən nəticələri diqqətinizə təqdim etməkməqsədiylə media nümayəndələri üçün 22 avqust 2024-cü il, saat11:00-da, Babək prospekti 65b ünvanında yerləşən "Astoria"hotelinin iclas salonunda mətbuat konfransı keçiriləcək.

1981-ci ildə İtaliyanın Triest şəhərində təsis olunan SWG SPAşirkəti ictimai rəy, institusional, sənaye araşdırması vəmüşahidəsi aparır, siyasi və ictimai tendensiya və dinamikalarıtəhlil və inteqrasiya edərək, hesabatlar hazırlayır və təqdimedir.

Təsis edildiyi ilk gündən bu günə qədər SWG SPA bir neçə mühüminkişaf mərhələsindən keçərək, İtaliyada CATI metodunu tətbiq edənilk tədqiqat institutu olub.

Qeyd edək ki, Prezident İlham Əliyev iyunun 28-də VI çağırışMilli Məclisin buraxılması və Milli Məclisə növbədənkənarseçkilərin təyin edilməsi haqqında sərəncam imzalayıb. Sərəncamlaaltıncı çağırış Milli Məclis buraxılıb və sentyabrın 1-nənövbədənkənar seçkilər təyin edilib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
51
1
az.trend.az

2Mənbələr