AZ

Tanışına 100 manat borcu oldu, ailə üzvləri təhqir edildi, əlini bıçağa atdı - QƏRAR

Sumqayıt Apellyasiya Məhkəməsində qəsdən sağlamlığa ağır zərər vurma və qanunsuz olaraq silah saxlamada ittiham olunan Babək Rəfiyevin (şərti) barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

 
Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Ruhiyyə Əsgərovanın sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.
 

Qərara əsasən, Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin çıxardığı 7 il 3 ay 14 gün müddətinə azadlıqdan məhrumetmə hökmü dəyişdirilib, cəzası 6 il 9 ay 14 günə endirilib. 

 

İttihama görə, Babək Rəfiyev tanışı, zərərçəkmiş Namiq Eldarova (şərti) 100 manat borcu olub. Zərərçəkmiş də borcunu tələb edərək onun və ailə üzvlərinin ünvanına ağır söyüşlər söyüb. Namiqin dəvəti ilə onlar 18 iyul 2022-ci il tarixdə, saat 24 radələrində Xaçmaz rayonu, Xudat şəhəri, Konserv zavod qəsəbəsi, Zaur Mahmudov küçəsindəki "Zavod" marketin yaxınlığında görüşüblər. Həmin vaxt zərərçəkmiş şəxs borcunu tələb etməklə onun ünvanına yenidən söyüş söyüb, üzərində olan bıçaqla Babəkin üzərinə hücum edib. Təqsirləndirilən şəxs isə üzərində gəzdirdiyi ov bıçağı ilə Namiqin qarın nahiyəsindən bir dəfə qəsdən zərbə endirərək, ona xəsarət yetirib. 

 

Hadisədən sonra Babək Rəfiyev saxlanılaraq cinayət məsuliyyətinə cəlb edilib. 

 

Kamal Məmmədov

 

Tarix: 22 Avqust 2024, 10:07   
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
65
pravda.az

1Mənbələr