AZ

Qadını şəkilləri ilə şantaj edən “falçı Emma”ya hökm oxundu

Sumqayıt Apellyasiya Məhkəməsində Quba rayonunda hədə-qorxu ilə tələb etmədə təqsirləndirilən R.Əhmədovun barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

 
Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Elman Rəhimovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.
 

Qərara əsasən, şikayət təmin edilməyib. 

 

İttihama görə, R.Əhmədov “Instagram”da “falci baxici emma” səhifəsində ona yazaraq fala baxdırmaq istəyən zərərçəkmiş Maya Əsədovadan (şərti) hədə-qorxu ilə 300-500 manat arasında pul vəsaitini tələb edib.

 

Belə ki, o, fala baxmaq adı ilə qadının və falına baxdırmaq istədiyi tanışının şəkillərini istəyib. Maya da həmin şəkilləri təqsirləndirilən şəxsə göndərib. Sonra R.Əhmədov aralarında fala baxılması ilə bağlı aparılmış yazışmaları və digər məlumatları həmin tanışına göndərməklə qadını rüsvayedici məlumatları yayacağı ilə hədələyib. O, bu yolla Mayadan 2024-cü ilin yanvar ayında pul tələb edib. Qadın da rüsvay olmaqdan qorxaraq ona pul göndərməyə razılıq verib. Zərərçəkmiş şəxs bank kart hesabı vasitəsi ilə R.Əhmədova ümumilikdə 430 manat pul göndərib.

 

Daha sonra R.Əhmədov Maya Əsədovanın şikayəti əsasında saxlanılıb. 

 

Quba Rayon Məhkəməsinin hökmü ilə o, 3 il 3 ay müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan təqsirləndirilən şəxs apellyasiya şikayəti verərək cəzasının yüngülləşdirilməsini xahiş etmişdir. 

 

Qeyd: R.Əhmədov daha əvvəl məhkumluq həyatı yaşayıb. 

 

Kamal Məmmədov

 

Tarix: 22 Avqust 2024, 10:08   
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
56
pravda.az

1Mənbələr