AZ

“Yaşıl Dəhliz” statusu Səlahiyyətli İqtisadi Operator statusunun əldə edilməsinə dəstək ola bilər

Gömrük qaydalarına əməl edən şirkətlərin “Yaşıl Dəhliz” statusu gələcəkdə Səlahiyyətli İqtisadi Operator (SİO) statusunun əldə edilməsinə dəstək ola bilər.

Dövlət Gömrük Komitəsinin məlumatına görə, bu, həmin biznes subyektlərinin gömrük əməliyyatlarının daha asan və sürətli həyata keçirilməsinə, vaxt və vəsaitə qənaət olunmasına, gömrük-biznes münasibətlərinin tərəfdaşlıq müstəvisində qurulmasına əlavə imkanlar yaradacaq.

Qeyd edək ki, DGK “Yaşıl Dəhliz” buraxılış sistemindən istifadə hüququ əldə edən və nümunəvi fəaliyyət göstərən şirkətlərə sertifikatlar təqdim edib.

Sertifikatların verilməsində məqsəd gömrük qaydalarına əməl edən şirkətlərin fəaliyyətini qiymətləndirməklə yanaşı, onların nümunəvi fəaliyyətini təbliğ etmək, könüllü riayət prinsipinin genişləndirilməsinə nail olmaq, gömrük-biznes münasibətlərini daha da gücləndirməkdir.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
61
vergiler.az

1Mənbələr