AZ

Tərtərdə inzibati binanın qarşısında iki nəfəri bıçaqlayıb, birini döyənə cəza verildi

Tərtər rayonunda xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa ağır zərər vurma və xuliqanlıqda təqsirləndirilən Turan Fərəcovun (soyadı şərti) cinayət işi üzrə məhkəmə istintaq başa çatıb.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi Elmin Rüstəmovun sədrliyi keçirilən prosesdə hökm oxunub.

 

Məhkəmənin hökmü ilə o, 6 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

 

İttihama görə, hadisə 31 iyul 2023-cü il tarixdə, saat 19 radələrində Tərtər rayonunun Xoruzlu kəndi ərazisindəki İcra nümayəndəliyinin inzibati binasının qarşısında qeydə alınıb.

 

Belə ki, 2000-ci il təvəllüdlü Turan Fərəcov sərxoş vəziyyətdə zərərçəkmiş Qasım Hacıyevlə (ad, soyadı şərtidir) mübahisə edib. Mübahisəyə səbəb isə zərərçəkmiş şəxsin iki il öncə onun ünvanına nalayiq sözlər deməsi olub. O, bunu bəhanə edərək Qasımın sifət nahiyəsinə bir dəfə zərbə endirib. Sonra Turan dava-dalaşın qarşısını almaq istəyən zərərçəkmişlər – Mahir İsakov və Cabbar Səfərovu (hər iki şəxsin ad, soyadı şərtidir) bıçaqlayaraq onlara bədən xəsarətləri yetirib. 

 

Hadisədən sonra Turan Fərəcov saxlanılaraq istintaqa cəlb olunub.

 

Kamal Məmmədov

Tarix: 22 Avqust 2024, 10:27   
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
48
pravda.az

1Mənbələr