AZ

TESLA FABRİKİ 500 MİN AĞACI YOX ETDİ - 329 hektar meşəlik ərazinin məhv edilməsi almanları ayağa qaldırdı

İlon Maskın sahibi olduğu "Tesla" elektriklə işləyən maşınlar istehsal edən fabrik Almaniyada 329 hektarlıq meşəliyi məhv edib.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu, peyk görüntülərinin təhlili ilə ortaya çıxıb.

Məlumata görə, Almaniyada - Berlinə yaxın meşəlik ərazidə fabrikin tikintisi zamanı 329 hektar meşə sahəsi tamamilə yox edilib, təxminən 500 min ağac kəsilib, ərazi düzən hala gətirilib.

Ekoloji kəşfiyyat şirkəti "Kayrros"un məlumatına görə, peyk görüntülərinin təhlili ilə müəyyən olunub ki, 2020-ci ilin martından 2023-cü ilin mayına qədər fabrikin tikildiyi ərazidə 329 hektar meşə yox edilib: "Bu, əlbəttə, gözardı oluna bilməz. Təbiəti, atmosferi qorumaq adıyla tikilən bir fabrik dünyanın xilası olan yaşıllığı necə məhv edə bilər?".

Lamiyə Əhmədli

MİA.AZ

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
70
1
mia.az

2Mənbələr