AZ

Filologiya üzrə fəlsəfə doktoru: “İndiki seçkilər qalib Azərbaycanımızı dünyaya yeni simada təqdim edir”

“Sentyabrın 1-də keçiriləcək növbədənkənar parlament seçkiləri Azərbaycanın müstəqillik tarixində mühüm bir mərhələdir. Bu seçkilər xüsusilə də işğaldan azad edilmiş bölgələrdə də keçirilməklə, tarixi hadisəyə çevrilir, qalib Azərbaycanı dünyaya yeni simada təqdim edir”. Bu sözləri “Seçki 2024” Müstəqil Media Mərkəzinə açıqlamasında Azərbaycan Respublikasının qabaqcıl təhsil işçisi, filologiya üzrə fəlsəfə doktoru Aypara Məmmədova deyib.Onun sözlərinə görə, bu seçkilər elmin və təhsilin inkişafı üçündə yeni imkanlar açacaq: “Yeni qanunverici orqan tərəfindən qəbul ediləcək qanunlar milli dəyərlərimizin qorunması və gənc nəslin milli ruhda yetişdirilməsi istiqamətində vacib addımların atılmasına səbəb olacaq. Beləliklə də, indiki seçkilər milli kimliyimizin yeni təqdimatında mühüm rol oynayacaq”.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
67
sesqazeti.az

1Mənbələr