AZ

Ermənistanın “Qarabağ” “dərdi”

Ermənistan tərəfi Qarabağı Azərbaycanın ərazisi kimi rəsmi olaraq tanımasına baxmayaraq, məsələdən əl çəkmir. Tribunainfo.az xəbər verir ki, əllərinə fürsət düşən kimi, ortalığa atdıqları bu məsələ o qədər eybəcər şəkil almağa başlayıb ki, hətta beynəlxalq təşkilatlar belə bu mövzudan “iyrəndiklərini” deyirlər.

Hələ bir müddət əvvəl keçmiş deputat Naira Zöhrabyan etiraf etmişdi ki, Qarabağ məsələsi ilə əlaqədar beynəlxalq təşkilatlarla keçirdikləri görüşlərin böyük əksəriyyəti fiaskoya uğrayıb. Onun sözlərinə görə, əksər təşkilatlar Qarabağ adını eşidən kimi, ya müzakirədən imtina edirdilər, ya da mövzunu dəyişirdilər. “Elə hal olurdu ki, qapı arxasında qalırdıq. Bizə cavab berlə vermirdilər”.

Lakin İrəvandakı bir çox siyasətçilər bütün bunlara baxmayaraq, Qarabağ mövzusunu vaxtaşırı gündəmə gətirməyə çalışırlar. Tribunainfo.az xəbər verir ki, deputat Tiqran Abramyan bunlardan biridir. O iddia edir ki, Qarabağ məsələsi bağlanmayıb.

Onun sözlərinə görə, 2020-ci ilin noyabrında Azərbaycan, Rusiya və Ermənistan arasında bağlanılmış məlum razılaşma sənədi yenidən gündəmə gələ bilər. Onun belə qənaətə gəlməsi isə Putinin Bakı səfəri zamanı həmin bəyanata nisbət verməsi olub. Bu səbəbdən də Abramyan deyir: “Əgər üçtərəfli bəyanat hər hansı danışıqlar üçün əsas götürülərsə, o zaman Qarabağ məsələsi də müzakirə olunmalıdır”.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
59
tribunainfo.az

1Mənbələr