AZ

Rusiyada qaz sızması nəticəsində binada partlayış olub

Rusiyanın Perm diyarında yaşayış binasında partlayış olub.

APA-nın Rusiya bürosu xəbər verir ki, Permin Kizel şəhərində yerləşən yaşayış binasında qaz sızması nəticəsində partlayış baş verib.

Nəticədə beş mərtəbəli binanın sonuncu mərtəbəsi tam dağılıb.

Partlayış nəticəsində iki nəfərin xəsarət aldığı bildirilib. Binanın sakinləri təxliyə olunub. Xilasedicilər dağıntının fəsadlarını aradan qaldırırlar.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
79
3
apa.az

4Mənbələr