AZ

Sahibkarlarla görüş keçirilib - DGK

Balakən Gömrük İdarəsinin təşkilatçılığı ilə Qəbələ Peşə Təhsili Mərkəzində Qəbələ və İsmayıllı rayonlarında fəaliyyət göstərən sahibkarlarla növbəti görüş keçirilib.

Fins.az xəbər verir ki, gömrük-biznes əməkdaşlığının gücləndirilməsi, gömrük işinin təşkili ilə bağlı xarici ticarət iştirakçılarının təklif və rəylərinin öyrənilməsi məqsədilə keçirilən görüşdə gömrük xidmətinin “ÖZÜNET” layihəsi barədə təqdimat nümayiş etdirilib.

Bildirilib ki, gömrük sistemində rəqəmsallaşmanın genişləndirilməsi məqsədilə tətbiq edilən layihə elektron xidmətlərin əlçatanlığının artırılması, gömrük əməliyyatlarının vahid məkandan idarə olunması baxımından vətəndaşlara və biznes subyektlərinə əlavə imkanlar yaradır.

Görüşdə, həmçinin sərhədkeçmə, rəsmiləşdirilmə proseslərinin sürətləndirilməsi, gömrük əməliyyatlarının asanlaşdırılması, könüllü riayət prinsipinin təşviqi ilə bağlı həyata keçirilən layihələr barədə də məlumat verilib.

Sonda sahibkarların təklif və rəyləri dinlənilib, onları maraqlandıran suallar ətraflı cavablandırılıb.

Zemfira Ms
Fins.az

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
85
fins.az

1Mənbələr