AZ

1 şagirdin məktəb bazarlığı neçəyə başa gəlir? – “Ailələrə böyük yük” - ARAŞDIRMA

Artıq yeni dərs ilinin başlamasına az müddət qalıb.

Hər il olduğu kimi bu il də valideynlər uşaqlar üçün məktəb alış-verişinə çıxırlar.
Bəs bazarda qiymətlər necədir? 1 şagird üçün nə qədər pul lazımdır?
Mövzu ilə bağlı Bakupost.az məktəb ləvazimatlarının, geyimlərin qiymətləri ilə maraqlanıb.
Məlum olub ki, sadə qələmlər 0.30 -1.50 manat, xətkeşlər 0.30 - 4 manat, sadə qara karandaşlar 0.30 - 0.70 manat, qələm qabları 4 - 10 manat, pozanlar 0.30 -1 manat, yonanlar 0.80 - 2.60 manat, yapışqanlar 0.30 - 1.70 manat, rəngli karandaşlar 1.70 - 10.20 manat, rəngli flomasterlər 0.90 - 12 manat, plastilin 1.90 - 5.40 manat, sulu boyalar 1.60 - 4 manat arasında dəyişir. 24 vərəqli dəftərin qiyməti 0,35 manatdan başlayır. Vərəq sayına, hansı ölkə istehsalı olduğuna görə qiymətlər dəyişir.
Məktəb çantalarına gəlincə qiymətlər fərqlidir: 18 -150 manat. Su qabları isə 5 - 10 manatdır.
Satışda həm yerli, həm də Türkiyə istehsalı olan məktəb geyimləri var.
Üst geyim 23.40 manat, şalvar 26.90-29.90 manat, ətəklər 13 - 24.50 manat, koftalar 12-15 manatdır. Endirimdə isə 2.90-a jaketlər var idi.
Qiymətlərlə bağlı iqtisadçı ekspert Natiq Cəfərli Bakupost.az –a bildirib ki, şagirdin çantası, məktəb ləvazimatları, forması kifayət qədər ciddi pul tələb edir:
“Məsələn keçən il 1 uşağa 150-200 manat lazım idisə, indi il ərzində baş verən inflyasiyanı nəzərə alsaq, qiymətlərdə 20-25 faiz artım müşahidə olunacaq. Minimum məktəbə hazırlıq üçün 250-300 manat vəsaitə ehtiyac var. Bu da kifayət qədər böyük puldur. Bir ailədə 3-4 uşağı olanlar daha çox əziyyət çəkirlər. Onların məktəb hazırlığı ailə büdcəsində daha çox yükə çevrilir”.
Xatırladaq ki, Bakı Tikiş Evinin satış müdiri Etibar Əzimov məktəbli formalarının ötən illə müqayisədə ucuzlaşdığını açıqlamışdı. Hazırda tikiş evində Nazirlər Kabinetinin təsdiqlədiyi sənədə uyğun olaraq 3 müxtəlif rəngdə vahid məktəbli formaları satılır.
Aygün Nəbiyeva
BakuPost

Mənbə: www.bakupost.az

Aqreqator
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
100
11
bakupost.az

10Mənbələr