AZ

16 min azarkeş, “Fehervar”ın “qatilləri” və qələbə... – “Omoniya”nın A planı belədi

“Zirə” bu gün Konfrans Liqasının pley-offunda ilk oyununu keçirəcək. Rəqib “Omoniya”dı.

“Football-plus.az” kiprlilərin “24 Sports” nəşrinə istinadla xəbər verir ki, “GSP Arena”da keçiriləcək oyunu təxminən 16 min azarkeş tribunalardan izləyəcək.

Həmkarlarımızın iddiasına görə, “yoncalar”ın baş məşqçisi Valdas Dabrauskas “qartallar”ın önünə “Fehervar”ı mübarizədən kənarlaşdıran heyətlə çıxacaq. Litvalı mütəxəssisin bu yöndə sürprizi gözlənilmir.

Yəni müdafiənin mərkəzində Fabiano olacaqsa, ona Senu Koulibali və Nikals Panayiotu kömək edəcək. Əmin Həmmas sol, Alfa Dyunku isə sağ cinahda olacaq. Mateo Mariç və Novika Erakoviç rəqibi mərkəzdə qarşılamağa çalışacaq. Velko Simic də irəlidə oynayacaq. Hücumun sivri ucunda Mariuş Stepinski yer alacaq. Villi Semedo sol, Səidu Alium isə sağ cinahdan hücuma keçəcək.

Həmçinin “Omoniya”nın yeganə hədəfi qələbədi. Xüsusilə hücumda fəallıq göstərəcək komanda qrup mərhələsinə doğru addımlamaq niyyətindədi.

Qeyd edək ki, matç saat 21.00-da başlayacaq.

KƏNAN BAHADIR

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
39
football-plus.az

1Mənbələr