Bu ilin yanvar-iyul aylarında Bakıda ictimai iaşə dövriyyəsinin həcmi 828 milyon manat olub.
İndex.az xəbər verir ki, bu barədə Bakı şəhər Statistika İdarəsindən məlumat verilib.
Bildirilib ki, bu, 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə real ifadədə 8,2% çoxdur.
Hüquqi şəxslər tərəfindən ictimai iaşə dövriyyəsi 501,9 milyon manat olub. Bu, ümumi dövriyyənin 60,6 %-ini təşkil edib.
Qeyd edək ki, bu ilin yanvar-iyul aylarında Azərbaycanda ictimai iaşə dövriyyəsi 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə real ifadədə 8,2 % artaraq 1 milyard 244,6 milyon manat olub.