Oğuz-Qəbələ-Bakı su kəmərində baş verən qəza aradan qaldırılıb.
Bu barədə “Qafqazinfo”ya İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin Mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, su kəmərindəki qəza ilə əlaqədar aparılan təmir-bərpa işləri başa çatıb.
Su kəmərinin doldurulması prosesinə başlanılıb. Normativ qaydalara uyğun olaraq suyun əvvəlki rejimlə bərpası istiqamətində intensiv işlər görülür.