AZ

5 İLDƏN SONRA  - Avropa Birliyindən  Ankaraya dəvət gəldi

5 ildən sonra Avropa Birliyindən Ankaraya əhəmiyyətli bir dəvət gəldi. Xarici işlər naziri Hakan Fidanın avqustun 29-da keçiriləcək Avropa İttifaqı xarici işlər nazirlərinin qeyri-rəsmi toplantısında iştirak etmək üçün Brüsselə gedəcəyi gözlənilir.
Sherg.azxəbər verir ki, Xarici İşlər Nazirliyinin sözçüsü Öncü Keçeli bunu Avropa Birliyinin dialoq axtarışı kimi qiymətləndiririb: 
"Ümid edirik ki, bu addım AB Xarici Əlaqələr Şurasının 15 iyul 2019-cu il tarixli və münasibətlərimizi çıxılmaz vəziyyətə salan qərarlarında dəyişiklik edilməsinə önümüzdəki dövrdə zəmin yaradacaq" deyib.

Müsbət yanaşmanın bu görüşlə məhdudlaşmamalı olduğunu və əməkdaşlığın "sistemli əsasda" qurulması lazım olduğunu söyləyən Keçeli, "Viza liberallaşdırılması prosesi kimi sahələrdə dialoqun yenidən funksional olması üçün konkret addımlar atılmalıdır" deyə bildirib.
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
62
sherg.az

1Mənbələr