Bakı Təşəbbüs Qrupu (BTQ) və Azərbaycan hökuməti müstəmləkə altında olan xalqların öz problemlərini açıq şəkildə dilə gətirə bilməsi üçün təhlükəsiz məkan yaradıb.
Bunu BMT-nin Afrika əsilli insanların problemi üzrə Daimi Forumunun sədri Cun Sumer “Boneyra adasının Bakıdan keçən BMT Baş Assambleyasındakı öz müqəddəratını təyinetmə yolu” adlı konfransda çıxışı zamanı deyib.
“Dörd əsrdən artıqdır ki, davam edən mübarizəmizdə irəli addım atmaq və bizə, Boneyra xalqına qoşulmaq üçün göstərdiyiniz cəsarətə görə sizə təşəkkür edirəm. Qeyd etməliyəm ki, müstəmləkə altında yaşayan xalqlar çox vaxt özlərini pis aparan şıltaq uşaqlar kimi qəbul edilir, azadlıq hərəkatlarının səsinə çox vaxt məhəl qoyulmur və ya hörmət edilmir. Ona görə də fikirlərimizi ifadə etmək üçün təhlükəsiz məkanın olması bizim üçün çox vacibdir”, - o qeyd edib.