AZ

Zelenski: 50 milyard dolları verin!

Ukrayna prezidenti Vladimir Zelenski Rusiyanın dondurulmuş aktivlərindən Ukraynaya vəd edilən 50 milyard dolların verilməsi planında irəliləyiş görəcəyinə ümid etdiyini bildirib.

News365.az xəbər verir ki, Vladimir Zelenski Rusiyanın müəyyən bölgələrdə irəliləyişlərini etiraf edib və müttəfiqlərinin silah-sursatla bağlı öhdəliklərini yerinə yetirməsinin vacibliyinə diqqət çəkib.

Zelenski, "Tərəfdaşlarımızın həqiqətən öz öhdəliklərini yerinə yetirmələri çox vacibdir. Bu, müdafiəmiz üçün çox önəmlidir." deyən Ukrayna qüvvələrinin Rusiya ordusunun irəliləyişini yaxından izlədiyini bildirib.

Zelenski həmçinin bildirib ki, dondurulmuş Rusiya aktivlərindən Ukraynaya vəd edilən 50 milyard dolların verilməsi planında irəliləyiş görəcəyinə ümid edir.

Qeyd edək ki, bu ilin əvvəlində Avropa İttifaqının 27 ölkəsi Ukraynanı dəstəkləmək üçün Rusiya Mərkəzi Bankının aktivlərindən faiz istifadə etməyə razılaşıb.

 


Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
40
17
news365.az

10Mənbələr