AZ

“Müsahibə mərhələsi daha asandır” - EKSPERT FİKRİ

“Müəllimlərin işə qəbulu (MİQ) imtahanının müsabiqə mərhələsindən sonra növbəti mərhələ vakansiyaların seçimi, daha sonra isə müsahibə mərhələsinin keçirilməsi baş tutur. Burada müsahibə mərhələsi demək olar ki, sonuncu mərhələdir. Çünki əsas vacib element imtahandakı nəticəni əldə etmək və vakant yer qazanmaqdır”. Bu sözləri SİA-ya açıqlamasında təhsil üzrə ekspert Elçin Əfəndi deyib.

O bildirib ki, əgər sözügedən iki mərhələdə müəllimlər yer tutduqları təqdirdə müsahibə mərhələsinə daha hazırlıqlı olurlar: “O cümlədən özünəinam da daha yüksək səviyyədə olur. Müsahibə mərhələsində bəzən elə hallar yaşanır ki, təəssüf ki, müəllimlərin dünyagörüşündə, biliklərində müəyyən problemlər olur. Buna görə də yaxşı olar ki, ölkə tarixi, ümumi dünyagörüşü ilə bağlı hazırlıqlı olsunlar. Həmçinin müəllim-şagird davranışları və s. bu kimi məsələlərə dair fikir sahibi olsunlar. Çünki bütün bunlar müsahibə mərhələsində uğur qazanmağa təkan verir.

Hazırda MİQ göstəriciləri bildiyim qədərilə yaxşıdır, böyük əksəriyyət müsahibə mərhələsinə qədər gəlir və burdan da keçə bilir. Ümumiləşdirsək, müsahibə mərhələsi zənnimcə test-imtahan mərhələsindən daha asandır. Çünki test mərhələsində müəllimlərin konkret olaraq ixtisasları və kurikulum ilə bağlı bilik və bacarıqları yoxlanılır. Lakin istənilən halda hər üç mərhələyə hazırlıqlı olmaq vacibdir”.

Müəllif: Səbinə Hüseynli
Seçilən
123
50
sia.az

10Mənbələr