Narkotik tacirləri qarpız görünüşlü bağlamalarda gizlədilən metamfetamini Meksika sərhədindən ABŞ-a keçirməyə cəhd edərkən yaxalanıb.

İndex.az xəbər verir ki, ABŞ Gömrük və Sərhəd Mühafizəsi (CBP) tərəfindən yayımlanan açıqlamada, keçən həftənin cümə günü Kaliforniya əyalətində aparılan yoxlamalar zamanı 2 ton metamfetamin ələ keçirildiyi bildirilib.

ABŞ-Meksika sərhədindəki Otay Mesa qəsəbəsində baş verən hadisədə səlahiyyətlilər, narkotik dəstəsinin 5 milyon dollar dəyərində metamfetamin gizlətmək üçün paketlərin xarici tərəfinə qarpız naxışlı plyonka yapışdırıldığını bildiriblər.