AZ

Laziz Kudratov: Azərbaycanla Özbəkistan arasında ticarət dövriyyəsi 5 ildə 3 dəfə artıb

“Son 5 ildə Azərbaycan ilə Özbəkistan arasında ticarət dövriyyəsi 3 dəfə artıb”.

Bunu Özbəkistanın investisiya, sənaye və ticarət naziri Laziz Kudratov Daşkənddə keçirilən Özbəkistan-Azərbaycan biznes forumunda çıxışı zamanı deyib.

Nazirin sözlərinə görə, bu ilin əvvəlindən qarşılıqlı ticarətin həcmi daha 20% artıb. Rəqəmlərin kiçik olmasına baxmayaraq, yaxın 1-2 ildə ticarətin həcminin 1 milyard dollara çatdırılması planlaşdırılır.
Azərbaycan hökumətinin dəstəyi ilə işlərdə fəal iştirak edən birgə investisiya şirkəti var. Çox yaxın gələcəkdə öz nəticələrini verəcək investisiya layihələri portfeli artıq formalaşıb.

Nazir qeyd edib ki, ölkələr bir sıra sahələrdə, o cümlədən energetika, şəhərsalma, maşınqayırma, kənd təsərrüfatı, toxuculuq və ipək sənayesi sahələrində əməkdaşlığı inkişaf etdirir. Azərbaycanın “PAŞA Holdinq”, “Mətanət-A”, SOCAR və digər iri şirkətləri Özbəkistanda fəaliyyətə başlayıb. Özbəkistan biznesi Azərbaycanda da fəaldır, bunlar Global Textile, UzAuto Motors və bir sıra digər müəssisələrdir.

Ləziz Kudratov vurğulayıb ki, tərəflər fəal dialoqun daha da genişlənməsinə öz töhfəsini verəcək, həmçinin biznes ideyalarının mübadiləsi məqsədilə sahibkarların bir araya gəlməsi üçün bütün lazımi şərait yaradacaq ki, bu da son nəticədə ticarət müqavilələrinə çevriləcək.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
48
vergiler.az

1Mənbələr