AZ

4 mərtəbəli binadan 6 yük maşını zibil çıxdı - FOTO

Türkiyədə, Antalyanın Kəpəz rayonu, Yeşilyurt məhəlləsi, 3405-ci küçədə yaşayan vətəndaşlar bina sahibi tərəfindən yığılan tullantıların pis qoxu yaratdığından şikayətlənərək yığışdırılmasını tələb ediblər.

BAKU.WS Türkiyə KİV-ə istinadən xəbər verir ki, Kəpəz Bələdiyyəsi Təmizlik İşləri Müdirliyi rəsmi icazələr aldıqdan sonra 4 mərtəbəli binada təmizlik işləri aparıb.

Komandalar binanın bağçasında, pilləkənlərində və mənzillərində tonlarla tullantı qalıqlarının yığıldığını müəyyən ediblər.

Polis və bələdiyyə polisi tərəfindən ekoloji təhlükəsizlik üçün görülən tədbirlərdən sonra 20-yə yaxın təmizlik işçisi tərəfindən mənzildən çıxarılan zibil ekskovatorların köməyi ilə yük maşınlarına yüklənərək ərazidən aparılıb. Təxminən 8 saat davam edən təmizlik işləri zamanı mənzildən 6 maşın zibil çıxarılıb.

Antalya Böyükşəhər Bələdiyyəsi Ətraf Mühitin Mühafizəsi və Nəzarət Müdirliyi qrupları daha sonra zibildən təmizlənən mənzilə böcək dərmanı vurub

Məhəllə sakinləri pis qoxuya səbəb olan zibil mənzilinin təmizlənməsindən razı qaldıqlarını bildiriblər.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
66
baku.ws

1Mənbələr