AZ

“Güllə belə atmırlar”

Ukrayna ordusunun komandirləri şərq cəbhəsindəki ərazi itkilərində “adekvat təlim almayan əsgərləri” günahlandırır. Avqustun 6-da Rusiyanın Kursk ərazisinə qarşı başlatdığı qəfil əməliyyatda Ukraynanın irəliləyişi davam edərkən, şərq cəbhəsində ərazi itkiləri var.

“Associated Press” agentliyinə (AP) danışan və kimliklərinin açıqlanmasını istəməyən ukraynalı komandirlər cəbhəyə yeni qoşulan və lazımi təlim keçməmiş əsgərlərin lazımi nizam-intizamı qoruya bilməyəcəyini iddia edirlər.

Komandirlər in sözlərinə görə, bəzi əsgərlər düşmənə atəş açmaqdan imtina ediblər, əsas döyüş əmrlərinə tabe olmayıblar, hətta silahları söküb yığa bilməyiblər.

47-ci briqadanın komandiri yeni əsgərlərin cəbhə xəttini zəiflətdiyini bildirdi: “Bəziləri vurmaq istəmir. Düşməni səngərlərdə atəş mövqeyində görürlər, lakin hücum etmirlər. Ona görə də kişilərimiz ölür. Silahdan istifadə etmədikdə təsirsiz olurlar”.

Komandirlər iddia edirlər ki, əsgərlərin təcrübəsizliyi, o cümlədən mühüm logistik mərkəz olan Pokrovsk şəhərinin ərazi itkilərinə səbəb olub. AP-nin məlumatına görə, Kreml qüvvələri şəhərdən cəmi 10 kilometr aralıdadır.

Xəbərdə Rusiyanın əsgər sayı baxımından üstünlüyü və böyük itkilər verərək kiçik hədəfləri ələ keçirmə strategiyasının Ukraynanın işini daha da çətinləşdirdiyi vurğulanır.

Komandirlər yeni gələnlər arasında döyüşməyə həvəsli olan əsgərlərin çox az olduğunu iddia edir: “Yeni gələnlərin sağ qalma instinkti əsas problem yaradır. Əvvəllər əsgərlər mövqelərini qorumaq üçün son ana qədər müqavimət göstərirdilər. İndi onlar atəş mövqeləri yüngülcə bombardman ediləndə belə geri çəkilirlər.

Digər tərəfdən, Ukraynada yerləşən Müdafiə Strategiyaları Mərkəzindən Viktor Kevlyuk yeni əsgərlərin hazırlığının kifayət qədər olduğunu və komandirlərin itkiləri qanuniləşdirmək üçün bəhanələrlə çıxış etdiyini müdafiə edir.

Hərbi analitik bildirir ki, Pokrovsk cəbhəsi kimi gərgin münaqişələrdə “fərqi yaradan amil komandirlərin vaxtında qəbul etdikləri taktiki qərarlardır”.

Rusiya prezidenti Vladimir Putin bu gün verdiyi açıqlamada Ukraynanın Kurskdakı atom elektrik stansiyasına hücuma cəhd etdiyini iddia edib.

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova dünən verdiyi açıqlamada Kursk əməliyyatının Kiyevlə danışıqlar imkanını aradan qaldırdığını bildirib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
113
vaxt.az

1Mənbələr