AZ

Seçkilərlə bağlı 1000 məntəqədə veb-kamera quraşdırılıb

Seçkilərlə bağlı 1000 məntəqədə veb-kamera quraşdırılıb




“Azərbaycanda 2008-ci ildən seçki prosesini izləmək üçün veb-kameralardan istifadə olunur. Növbədənkənar parlament seçkilərində də bu təcrübədən yararlanmaq üçün bütün addımlar atılıb. 1000 seçki məntəqəsində kameralar quraşdırılıb. Artıq onlarda tənzimlənmə işləri həyata keçirilir”.Patrul.az xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının sədr müavini Rövzət Qasımov Komissiyanın bu gün keçirilən iclasında bildirib.Onun sözlərinə görə, seçki prosesində veb-kameralar şəffaflığa nail olunması üçün mühüm amildir.“Məlumat üçün deyək ki, bu il keçirilən növbədənkənar Prezident seçkilərində 468 mindən çox istifadəçi veb-kameralara daxil olub. Bunlardan 436 mindən çoxu xaricdən, 32 mindən çoxu daxildən olan müşahidəçilər olub.Ən çox izləyici sayı ABŞ-dən olub. Sonrakı yerlərdə Türkiyə və İngiltərə gəlir.Seçkinin yüksək səviyyədə hazırlanıb keçirilməsi üçün hər cür şərait yaradılıb. Prosesi yerli və beynəlxalq müşahidəçilər izləyəcəklər”, - deyə R. Qasımov əlavə edib.

Seçilən
70
1
patrul.az

2Mənbələr