AZ

Putin Kurska hücumla bağlı ƏMR VERDİ

Rusiya Prezidenti Vladimir Putin Kursk vilayətinə Ukrayna ordusunun hücumuna cavab olaraq yeni əmr verib. 

Bunu Rusiyanın ABŞ-dəki səfiri Anatoli Antonov bildirib.

“Sizə səmimi qəlbdən deyirəm ki, prezident qərar verib”, - deyə diplomat qeyd edib.

Rusiyanın ABŞ-dəki səfiri Kursk vilayətində baş verənlərə görə hər kəsin ciddi şəkildə cəzalandırılacağını vurğulayıb. 

Bu arada Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova açıqlayıb ki, Ukrayna Silahlı Qüvvələrinin Rusiya regionuna hücumu Qərbin dəstəyi ilə baş verib və bu addım danışıqların mümkünsüz olduğu göstərib. 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
45
baku.ws

1Mənbələr