“Araz” supermarketlər şəbəkəsi ilə bağlı növbəti cərimə protokolu tərtib edilib.Tribunainfo.az xəbər verir ki, sözügedən market İnzibati Xətalar Məcəlləsinin gömrük qaydaları əleyhinə olan 485.2ci maddəsini pozub. Belə ki, Azərbaycan Respublikasının Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsinə görə
vəzifəli şəxslər min manat məbləğində, hüquqi şəxslər min beş yüz manat məbləğində cərimə edilir.
Marketlə bağlı işə Nəsimi Rayon Məhkəməsində baxılacaq. İş hakim Elməddin Hüseynovun icraatındadır.
Qarşı tərəfin mövqeyini işıqlandırmağa hazırıq.
Gülşən