AZ

“Instaqram”da tanış olduğu qadını rüsvayedici məlumatlarla şantaj edən şəxsə AĞIR CƏZA

Sumqayıt Apellyasiya Məhkəməsində hədə-qorxu ilə tələb etmədə təqsirləndirilən Uğur Pənahovun (şərti) barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

 
Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Elman Əhmədovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

 
Qərara əsasən, şikayət təmin edilməyib. 

 

İttihama görə, Uğur Pənahov 2022-ci ilin iyul ayında “Instaqram”da zərərçəkmiş İlahə Məmmədova (şərti) ilə tanış olub. Sonra təqsirləndirilən şəxs qadının foto şəkillərinin altından əxlaqsız məzmunda mətnlər yazıb bir çox internet saytlarında paylaşıb onun barəsində rüsvayedici məlumatlar yayacağı ilə hədə-qorxu gəlib. O, bunun müqabilində zərərçəkmiş şəxsdən 2022-ci ilin avqust-oktyabr aylarında Sumqayıt şəhəri ərazisində 1400 ABŞ dolları və dəyəri 4080 manat olan qızıl-zinət əşyalarından ibarət əmlakını hədə-qorxu ilə tələb edərək ələ keçirib. Daha sonra Uğur Pənahov qadının şikayəti əsasında saxlanılıb və barəsində həbs qətimkan tədbiri seçilib. Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 7 il 11 ay 28 gün müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan məhkum apellyasiya şikayəti vermişdi.

 

Kamal Məmmədov

Tarix: 23 Avqust 2024, 10:04   
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
71
1
pravda.az

2Mənbələr