AZ

Vətəndaşların pulunu ələ keçirən “Azərişiq“ ASC-nin əməkdaşına elektron qolbaq taxıldı

Gəncə Apellyasiya Məhkəməsində dələduzluqda təqsirləndirilən Mahir Qurbanovun barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

 
Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Salman Hüseynovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub. Qərara əsasən, şikayət təmin edilməyib.

 

İttihama görə, Mahir Qurbanov “Azərişiq“ ASC-nin Təchizatı və Satışı İdarəsinin Müştəri Xidmətləri bölməsində aparıcı mütəxəssis vəzifəsində işləyib. O, öz qulluq mövqeyindən istifadə etməklə tamah məqsədi ilə Şəmkir rayonu, Çinarlı qəsəbə sakini, zərərçəkmiş Mübariz Əhmədovun etibarından sui-istifadə edərək, sözügedən qəsəbəsinin ərazisindəki uzun müddət istifadə olunmayan su artezian quyusunun fəaliyyətinin bərpa olunması üçün elektrik sayğacının quraşdırılmasına köməklik göstərəcəyinə dair yalan vədlər verib. Təqsirləndirilən şəxs 2023-cü ilin fevral ayında zərərçəkmiş şəxsin Çinarlı qəsəbə sakinlərinin ianələri hesabına topladığı 10000 manat pulunu dələduzluq yolu ilə ələ keçirib. 

 

Şəmkir Rayon Məhkəməsinin hökmü ilə ona 1 il 6 ay müddətinə azadlığın məhdudlaşdırılması (elektron qolbaq) cəzasının təyin edilib. Hökmdən narazı qalan Mahir Qurbanov apellyasiya şikayəti vermişdi.

 

Kamal Məmmədov

Tarix: 23 Avqust 2024, 10:21   
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
39
1
pravda.az

2Mənbələr