AZ

“PUTİN SƏRT CAVAB HAZIRLAYIB...” - Rusiyanın ABŞ-dəki səfiri nəyi nəzərdə tutur?

İki həftədən artıqdır ki, Ukraynanın Kursk vilayətində başlatdığı hücum əməliyyatı davam edir. Rusiya tərəfi nəinki Ukrayna qoşunlarını öz ərazisindən çıxara bilib, əksinə, hücum ləng də olsa davam edir və 3000 nəfərlik Rusiya qruplaşması demək olar, mühasirədədir. Kreml isə hələlik hədə-qorxu gəlməkdən başqa bu istiqamətdə heç bir ciddi nailiyyət əldə edə bilməyib...

“AzPolitika” xəbər verir vki, Rusiyanın ABŞ-dəki səfiri Anatoli Antonov xarici jurnalistlərə açıqlamasında Vladimir Putinin Kurska görə sərt cavab hazırladığını bəyan edib. 

Onun sözlərinə görə, Putin Ukrayna ordusunun Kursk vilayətinə müdaxiləsinə Rusiyanın necə cavab verəcəyinə artıq qərar verib: “Mən sizə səmimi deyirəm ki, prezident qərar verib. Mən qəti əminəm ki, Kursk vilayətində baş verənlərə görə hər kəs ağır cəzaya məruz qalacaq”.

Rusiyalı diplomat qərarın nə olduğunu və cəzanın nə olacağını açıqlamayıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
94
azpolitika.info

1Mənbələr