AZ

“Azərişıq” ASC-nin daha bir əməkdaşı ilə bağlı məhkəmə qərarı açıqladı

Gəncə Apellyasiya Məhkəməsində Şəmkirdə elektrik enerjisini talanmasında təqsirləndirilən Zaman Nəbiyevin (şərti) barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Əlizamin Abdullayevin sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

 

Qərara əsasən, apellyasiya şikayəti qismən təmin edilib, Şəmkir Rayon Məhkəməsinin çıxardığı hökm dəyişdirilib. Təqsirləndirilən şəxsə irəli sürülmüş ittihamda vurulmuş ziyanlar - 319 manat, 421,56 manat və ümumi vurulmuş ziyan isə 9171, 36 manat məbləğində müəyyən edilib. 

 

İttihama görə, Zaman Nəbiyev “Azərişıq” ASC-nin Qərb RETSİ-nin Şəmkir rayonu üzrə elektrik montyoru vəzifəsində işləyib. O, 2022-ci ilin yanvar ayından başlayaraq müxtəlif vaxtlarda abonentlərin elektrik şəbəkələrinə qanunsuz qoşularaq bu resursların talanmasının qarşısını almayıb və nəticədə təqsirləndirilən şəxs ASC-yə 10442,93 manat məbləğində ziyan vurulmasına şərait yaradıb. Şəmkir Rayon Məhkəməsinin hökmü ilə Zaman Nəbiyev 3 200 manat cərimə cəzasına məhkum edilib. Hökmdən narazı qalan məhkum apellyasiya şikayəti vermişdi.

 

Kamal Məmmədov

Tarix: 23 Avqust 2024, 10:37   
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
66
2
pravda.az

3Mənbələr