AZ

Geoparka daxil olan palçıq vulkanlarına gəmi ilə infotur təşkil olunub

YUNESCO-nun “Azərbaycanda Geoparkların yaradılması və Qlobal Geoparklar Şəbəkəsinə” qoşulmasına dair fəaliyyət planına uyğun olaraq yaradılması nəzərdə tutulan geoparka daxil olan palçıq vulkanlarına gəmi ilə infotur təşkil olunub.
 
Moderator.az bildirir ki, tədbirdə dövlət qurumlarının, Qeyri-Hökumət Təşkilatlarının nümayəndələri və mütəxəssislərdən ibarət qrup iştirak edib. 
 
Tur iştirakçıları Xəzərin Bakı arxipelaqında yerləşən vulkanik mənşəli Xərə-Zirə, Qarasu, Səngi-Muğan, Zənbil adalarına səfər edib, bu ərazilərin ekoturizm potensialını qiymətləndiriblər. 
 
Xüsusi mühafizə olunan təbiət ərazilərindən biri kimi geopark statuslu qorunan ərazilər yaxın gələcəkdə turizmin bir qolu olan geoturizm üçün yeni imkanlar açacaq.
 
Qeyd edək ki, Azərbaycanda palçıq vulkanlarının bazasında geopark şəbəkəsinin yaradılması işləri yekunlaşma mərhələsindədir. 
 
YUNESKO-nun geoparkların yaradılmasına dəstək proqramı 2002-ci ildən fəaliyyət göstərir. Hazırda dünya üzrə YUNESKO-nun “Qlobal Geoparklar Şəbəkəsi”nə 48 ölkədən 213 park daxildir.
 
Seçilən
181
5
moderator.az

10Mənbələr