AZ

Çin Avropa İttifaqının qərarına etiraz etdi

Pekin avtomobil istehsalçıları Avropa İttifaqının (Aİ) Çin istehsalı olan elektrik avtomobillərinə tətbiq etdiyi gömrük rüsumunun layihəsinin böyük risklər yaratdığını açıqlayıb.

“Cebheinfo.az” xəbər verir ki, Çin Avtomobil İstehsalçıları Assosiasiyasının (CAAM) verdiyi açıqlamada, layihə Avropada fəaliyyət göstərən və sərmayə qoyan Çin müəssisələrinin etibarını sarsıtdığı vurğulanıb.

Çin Avtomobil İstehsalçıları Assosiasiyası (CAAM) Avropa İttifaqının Çin istehsalı olan elektrik avtomobilləri üçün gömrük rüsumu ilə bağlı yenidən işlənmiş layihəsinə qarşı olduğunu bildirib.

Birlik, vergilərlə bağlı qərarın Çinin Aİ-dəki əməliyyatları və investisiyaları üçün "böyük risklər və qeyri-müəyyənlik" gətirdiyini açıqlayıb.

CAAM tətbiq edilən gömrük rüsumları ilə bağlı bəyanat yayıb və bu təcrübələrin Avropada fəaliyyət göstərən və sərmayə qoyan Çin müəssisələrinin etibarını sarsıtdığını vurğulayıb.

Açıqlamada vergilərin Aİ avtomobil sənayesinin inkişafına dəstək, Aİ-də yerli məşğulluq imkanlarının artırılması, yaşıl və davamlı inkişafın təmin edilməsinə ciddi mənfi təsir göstərəcəyi bildirilib.

Aİ-nin ticarət siyasətini müəyyən edən komissiya, hələ də Çinin elektrik avtomobil istehsalının geniş subsidiyalardan faydalandığına inandığını və avtomobil şirkətləri üçün 36,3 faizə qədər vergi təklif etdiyini bildirib.

İyul ayında planlaşdırılan maksimum vergi 37,6 faiz olaraq təyin olunub.

Seçilən
129
13
cebheinfo.az

10Mənbələr