AZ

Futbol üzrə Azərbaycan İkinci liqasında şimal bölgəsinin dörd komandası mübarizə aparacaq

Futbol

Xaçmaz, 23 avqust, Elxan Yusifli, AZƏRTAC

Futbol üzrə Azərbaycan İkinci Liqasında yeni mövsümdə çempionluq uğrunda mübarizəyə şimal bölgəsinin dörd komandası qoşulub.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Peşəkar Futbol Liqasının (PFL) bayrağı altında keçirilən çempionatda Xaçmazı “Şimal”, Qubanı “Hypers Quba”, Qusarı isə “Şahdağ” və “Qusar” komandaları təmsil edəcək.

Qusar təmsilçiləri ötən il də İkinci liqada oynayıb. “Şimal” və “Hypers Quba” komandaları isə 2023-2024 mövsümündə Region liqasında uğurla çıxış edərək, bu liqada oynamaq hüququ qazanıblar.

Çempionata avqustun 31-də start veriləcək. İlk turda “Şimal” səfərdə “Göygöl”ün qonağı olacaq. “Hypers Quba” “Saatlı-Arazla”, “Şahdağ” “Dinamo” ilə “Qusar” isə “Şəfa” ilə qarşılaşacaq.

Seçilən
75
azertag.az

1Mənbələr