AZ

Maşını hər gün binanın girişində saxlayan sürücü hamını boğaza yığıb - FOTO

Bakıda sürücünün hərəkətləri sakinləri sözün əsl mənasında boğaza yığıb. Bu barədə Avtosfer.az-a oxuculardan biri müraciət edib. Belə ki, 09-BV-172 qeydiyyat nişanlı "Mercedes" markalı avtomobilin sürücüsü paytaxtın Nizami rayonu Tofiq Abbasov küçəsində yeni inşa edilmiş binanın qarşısında dayanma-durma qaydasını pozur. Sürücü hər gün binanın girişindəkı şlaqbaumun qarşısında dayanaraq digər nəqliyyat vasitələrinin giriş-çıxışını məhdudlaşdırır.

Oxucu bildirir ki, binanın mühafizəçiləri və sakinləri dəfələrlə irad bildirməsinə baxmayaraq, həmin sürücü heç kimin sözünü eşitmədən qaydaları pozmağa davam edir. Bina ərazisindəki tullantıları aparmağa gələn yük maşını bu sürücünün ucbatından həyətə daxil ola bilmir.

Sakinlər Dövlət Yol Polisi idarəsindən həmin sürücünün sərt şəkildə cəzalandırılmasını xahiş edirlər.

 

Könül Rauf

FOTO QALEREYA
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
51
49
avtosfer.az

10Mənbələr