AZ

Türkiyədə xüsusi əməliyyat: 65 nəfər saxlanıldı – VİDEO

Türkiyə təhlükəsizlik qüvvələri 65 nəfəri İslam Dövləti terror qruplaşması ilə əlaqədə şübhəli bilərək saxlayıb.

Publika.az xəbər verir ki, bu barədə Türkiyənin daxili işlər naziri Əli Yerlikaya məlumat verib.

“İD terror qruplaşmasına qarşı beş gün ərzində 17 əyalətdə həyata keçirilən əməliyyatlar çərçivəsində 65 nəfər saxlanılıb”, - Yerlikaya “X” sosial şəbəkəsində yazıb.

Xüsusilə Ankara, İstanbul, İzmir və Adanada həbslər aparılıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
77
publika.az

1Mənbələr