AZ

Vətəndaşların gömrüklə imtahanı: Özbaşnalıq, yoxsa məmur savadsızlığı?!

Ölkəmizdə vətəndaşların gömrüklə əlaqədar narazılıqları artıq adi hala çevirlib. Hansı ki, bəhs olunan problemlə əlaqədar insanların narahatlığı artıq adi hala çevrilib.

Elə indi söz açacağımız problemin də məğzi fərqli, yaratdığı mənzərə isə bundan öncəkilərlə oxşardır. Belə ki, ölkəyə vətəndaşın öz şəxsi istifadəsi üçün gətirdiyi mallar gömrük rəsmiləşdirilməsi zamanı kommersiya məqsədli gətirilmiş kimi qəbul edilir. Vətəndaşdan VÖEN tələb olunduğu üçün şəxsi istifadəyə gətirilmiş mallara vergi öhdəliyi yaranır və nəticədə kommersiya məqsədli malın anbar qalığı kimi vergi sistemdə öz əksini tapmış olur.

Bu yanaşmadan belə anlaşılır ki, “VÖEN”i olan Azərbaycan Respublikası vətəndaşı şəxsi istifadə üçün xaricdən bir ədəd belə mal gətirə bilməz. Gömrük işçiləri gətirilən mala baxış keçirmədən, onun təyinatı, eyni zamanda yerli bazarda satılan mal olub-olmadığı araşdırmadan qərar qəbul edir.

Bu cür hallar yaşanan zaman məmur vətəndaşa sübut etməlidir ki, gətirdiyi mal kommersiya məqsədlidir, lakin görünür gömrük məmurları bunu etmir, yaxud etmək istəmir. Bunun adı nədir?! Savadsızlıq yoxsa özbaşınalıq? Hətta vətəndaşın sübutlarla istifadə məqsədlərini, ilkin istifadə təyinatını söyləməsi belə, gömrük məmurlarını öz əməlindən döndərə bilmir. İstehlakçı hüquqlarına məhəl qoyulmayaraq yenə də öz “bildiklərini” yeritməkdə davam edirlər. Üstəlik hər hansı bir qanuna və ya hansısa meyara, məntiqə əsaslanmadan.

Redaksiyamıza daxil olan vətəndaş şikayətini nəzərdən keçirərkən gömrük özbaşnalığı və ya məmur savadsızlığı faktları yenidən üzə çıxır. Almaniyadan şəxsi yükləri daşımaq məqsədilə 789 avroya alınan və Bakıya daşınması ilə birlikdə qiyməti 970 avro olan, 615 kiloqram ağırlıq götürmə qabilliyyətli kvadrasikli üçün
cəmi ağırlı qoşqu alınıb.

Gömrük komitəsinin avtonəqliyyat idarəsinin əməkdaşları mala baxış keçirmədən, sözügedən qoşqunun kommersiya məqsədli gətirildiyini sübuta yetirmədən bildirib ki, bunu VÖEN ilə rəsmiləşdirmək istəyirlər. Malın təyinatı, şəkilləri, qiyməti, ağırlıq götürmə qabiliyyətinin kommersiya məqsədləri üçün əlverişli olmamasının sübut edilməsinə məhəl qoyulmadan “qoşqudursa VÖEN-ə vurulmalıdır”deyilir. Bu necə məntiqsiz və savadsız yanaşmadır?! Belə çıxır ki, vətəndaş qoşqu sürə bilməz?! Vətəndaş öz əşyalarını, velosipedini, yükünü qoşqu ilə daşıya bilməz?! Bəlkə elə məsələlərə bu cür dayaz yanaşıldığına görə ölkədə dağ turizmi, kempinq turizmi, hiking inkişaf etmir?!

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
52
1
baku.ws

2Mənbələr