AZ

Putin Paşinyanla Azərbaycana son səfərini müzakirə edib

Ermənistanın baş naziri Nikol Paşinyanla Rusiya Prezidenti Vladimir Putin arasında telefon danışığı olub.

Bu barədə TASS Ermənistan Nazirlər Kabinetinin mətbuat xidmətinə istinadən məlumat yayıb.

Məlumata görə, tərəflər Rusiya liderinin Azərbaycana səfərini müzakirə ediblər.

“Ermənistan Respublikasının baş naziri Nikol Paşinyan Rusiya Prezidenti Vladimir Putinlə telefon danışığı aparıb. Rusiya lideri ötən həftə Azərbaycana səfəri ilə bağlı təəssüratları barədə Ermənistanın baş nazirinə məlumat verib və N.Paşinyan buna görə V.Putinə təşəkkür edib”, - məlumatda qeyd olunub.

N.Paşinyan ikitərəfli gündəliyə dair məsələləri müzakirə etmək üçün gələcəkdə V.Putinlə görüşün keçirilməsi ilə bağlı razılığa gəlindiyini bildirib.

Seçilən
438
50
azerforum.com

10Mənbələr