AZ

Bakıya su verilmədi, yeni tarix verildi - RƏSMİ

Oğuz-Qəbələ-Bakı su kəmərində avqustun 19-da baş verən qəzadan sonra Bakı şəhərinin müxtəlif rayon və qəsəbələrində suyun verilişində fasilələr yaranıb. 

Avqustun 21-də magistral su kəmərində aparılan təmir-bərpa işləri bitdikdən sonra suyun verilişinin bərpa edildiyi bildirilsə də, sakinlər bunun əksini deyir. Nəsimi rayonu, “Şamaxınka” adlanan ərazi, Xocəsən və digər ərazilərdə suyun verilişi bərpa edilməyib. Sosial şəbəkələrdə bununla bağlı çoxsaylı şikayətlər var.

Məsələ ilə bağlı Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyindən “Cebheinfo.az”-ın  sorğusuna cavab olaraq bildirilib ki, suyun verilişi bu həftənin sonunda tam bərpa ediləcək: “Əhalinin suya təlabatı yüksək olduğundan, magistral su kanalı tam gücü ilə çalışa bilmir. Bu səbəbdən içməli suyun bütün evləri təmin etməsi üçün bir neçə gün zaman lazımdır.

Avqust ayının 25-26 -da, yəni bu həftənin sonunda bütün evlərin su təlabatı qarşılanacaq”. 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
77
cebheinfo.az

1Mənbələr