AZ

Yeni Azərbaycan Partiyası Qusar rayon təşkilatının qərargahında müşahidəçilər üçün təlim keçirilib – FOTOLAR

23.08.2024-cü il tarixdə Yeni Azərbaycan Partiyası Qusar rayon təşkilatının qərargahında Azərbaycan Respublikasının Milli Məclisinə 2024-cü il sentyabrın 1-nə təyin edilmiş növbədənkənar seçkilərlə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən məntəqə seçki komissiyalarının tərkibinə təyin edilmiş müşahidəçilər üçün təlim keçirilib.
Təlimdə Yeni Azərbaycan Partiyası Qusar rayon təşkilatının sədri David İbramxəlilov , Yeni Azərbaycan Partiyasının 61saylı DSK-dan namizəd Azər Badamov və müşahidəçilər iştirak ediblər.
Təlimdə müvafiq məntəqələrə təyin olunan müşahidəçilər hüquq və vəzifələri, kobud qanun pozuntularının vaxtında və dəqiq qeydiyyatının aparılması, Seçki Məcəlləsinin tələblərinə uyğun olaraq fəaliyyət göstərmələri barədə təlimatlandırılıblar.
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
46
7times.az

1Mənbələr