AZ

AK-203 avtomatlarının istehsalı Hindistanda lokallaşdırılacaq

Kalaşnikov AK-203 avtomatlarının 2025-ci ilin dekabrına qədər Hindistanda yerli istehsal komponentlərindən yığılması planlaşdırılır. 

Qaynarinfo xəbər verir ki, bu barədə TASS Rusiya-Hindistan müştərək müəssisəsi Indo-Russian Rifles Private Limited (IRRPL) şirkətinin baş direktoru, general-mayor Sudhir Kumar Şarmaya istinadən məlumat yayıb.

"Hindistanda istehsal texnologiyanın ötürülmə faizindən asılı olaraq 5 mərhələdə baş tutacaq. Mən 2025-ci ilin dekabrına qədər 100 faiz lokallaşdırmanı başa çatdırmağı gözləyirəm”, deyən Şarma, komponentlərin cəmi 5 faizi yerli, 95 faizi isə Rusiyadan olan ilk maşının 2023-cü ildə Hindistanda yığıldığını bildirib.

Daha əvvəl bildirilmişdi ki, "Kalaşnikov” konserni Ukraynada müharibə təcrübəsinə əsaslanaraq, hərbi qulluqçular üçün avadanlıq dəsti hazırlayıb. Onun təqdimatı Ordu 2024 forumunda baş tutub. Dəstə çəki paylama sistemi və təkmilləşdirilmiş anti-parçalanma mühafizəsi olan gövdə zirehləri daxildir.

Alpər
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
58
2
qaynarinfo.az

3Mənbələr