AZ

Məşhur meyxanaçı “Qarabağ”a görə sinəsini irəli verdi

“Qarabağ”ın Zaqrebdə 0:3 hesablı məğlubiyyəti ölkə futbolsevərlərini sarsıtdı.

Qol vəziyyətlərindən yararlana bilməyən təmsilçimiz, əvəzində, “Dinamo”ya bu imkanı yaratdı ki, xorvatlar böyük hesablı qələbəyə sevindi.

Buna baxmayaraq, “Qarabağ” azarkeşləri nikbindir. Bu günə qədər fəth etdiyi zirvələrə çətinliklə qalxdığını bildirən fanatlar “Dinamo” səddinin aşılacağına da böyük ümid bəsləyir.

Məşhur meyxanaçı Balaəli Maştağalı klubun sosial şəbəkə hesabındakı paylaşıma yazdığı şərhlə azarkeşləri cavab oyununda stadiona səsləyib:

“İnşallah, yaxşı olar. “Qarabağ” indiyə qədər nələr etməyib ki.

Biz stadionu doldurmalıyıq. Azarkeş dəstəyi böyük amildir. Hamımız əl-ələ verib uda bilərik.

Mən Qurban Qurbanova inanıram. Yaxşı olacaq”.

Komandalar arasındakı cavab görüşü avqustun 27-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək. Oyun saat 20:45-də başlayacaq.

HƏBİB / SPORTİNFO.AZ

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
44
sportinfo.az

1Mənbələr