AZ

Azərbaycanda özəl sənaye məhəllələri yaradılacaq – HÖKUMƏTDƏN YENİ QƏRAR 

Azərbaycanda sənayenin inkişafı üçün daha bir istiqamət açılıb. FED.az xəbər verir ki, hökumətin yeni qərara ilə sənaye məhəllələri və güzəştli şərtlərlə işləmək mümkün olan sahələrdə dövlətin inhisarçılığı aradan qalxıb. 

Azərbaycanda ilk dəfə – Gömrükdə depozit tələb olunacaq – MİNİMUM 200 MİN DOLLAR - SİYAHI

Belə ki, indiyədək yalnız dövlət tərəfindən yaradıla bilən sənaye məhəllələri bundan sonra özəl torpaqlarda da yaradıla biləcək. Bu Nazirlər Kabinetinin 2015-ci il 13 may tarixli 186 nömrəli Qərarı ilə təsdiq edilmiş “Sənaye məhəllələri haqqında Nümunəvi Əsasnamə”də dəyişiklikdən sonra mümkün olub. 

Əsasnaməyə edilən dəyişikliyə əsasən sənaye məhəllələri dövlət, xüsusi və bələdiyyə torpaqlarında yaradıla bilər. Xatırladaq ki, indiyədək sənaye məhəlləsi yalnız dövlət və bələdiyyə torpaqlarında yaradıla bilərdi. 

Baş verən daha bir yenilik sənaye məhəlləsinə rezidentlərin cəlb edilməsi ilə bağlıdır: İndiyədək dövlət və bələdiyyə torpaqlarında ərazilər yalnız icarəyə verilə bilərdi. İndi isə Sənaye məhəlləsinə dövlət mülkiyyətində olan torpaq sahəsi idarəedici təşkilatın daimi istifadəsinə həmin torpaq sahəsini icarəyə vermək hüququ ilə ayrılır. Xüsusi və bələdiyyə mülkiyyətində olan torpaq sahələri isə Azərbaycan Respublikasının torpaq qanunvericiliyinə uyğun olaraq bağlanılan icarə və ya alqı-satqı müqavilələri əsasında cəlb edilir. 

Sənaye məhəllələrinin yaradılması qaydası da bir qədər dəyişib. Belə ki, dövlət tərəfindən sənaye məhəlləsinin yaradılması haqqında qərar Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin təklifi əsasında Azərbaycan Prezidenti tərəfindən, özəl sənaye məhəlləsinin yaradılması haqqında qərar isə sahibkarlıq subyektləri tərəfindən qəbul edilir.

Sadə desək, bu qərardan sonra müvafiq torpaq sahəsinə malik olan sahibkarlar sənaye məhəlləsi yarada bilərlər.  

Yeniliyə əsasən sənaye məhəlləsini idarə edəcək İdarəedici təşkilat sahibkarlıq subyektinin özəl sənaye məhəlləsinin qeydiyyata alınmasına dair təklifinin kağız daşıyıcıda və ya elektron qaydada təqdim edildiyi gündən 10 iş günü müddətində yoxladıqdan sonra özəl sənaye məhəlləsini qeydiyyata alır. 

«Özəl sənaye məhəlləsində sahibkarlıq fəaliyyətinin həyata keçirilməsinə dair müqavilə, tikilinin və torpaq sahəsinin icarə müqaviləsi həmin sənaye məhəlləsinin yaradılması barədə qərar qəbul etmiş sahibkarlıq subyekti ilə bağlanılır və onların surəti 10 iş günü müddətində idarəedici təşkilata təqdim olunur» -deyə dəyişiklikdə bildirilir. 

Seçilən
145
fed.az

1Mənbələr