““Xruşşovkalar” onsuz da istismar müddətinin bitməsi illərindədir və ona görə də dövlətimiz tərifindən bu kimi binaların sökülməsi üçün işlər aparılır”.
Referans.az bildrir ki, bu fikirləri Yenicag.az-a açıqlamasında Azərbaycanda güclü zəlzələ baş verəcəyi təqdirdə, yaşayış binalarının buna dözümlülüyü barədə danışan memar Cahid Həsənov deyib.
Onun sözlərinə görə, zəlzələ təhlükəsində Azərbaycanda tikililərin taleyinin həllini dəyirləndirmək üçün bunu əsasən üç mərhələyə bölmək lazımdır:
“Birinci mərhələdə tarixi binalardır. Bunlar xüsusən yaşayış binalarıdır.
İkinci mərhələ sovet dövründə tikilmiş binalar, üçüncü mərhələ isə müstəqilliyimiz dövrü salınmış yaşayış binalarıdır.
Üçüncü dövr yəni, müstəqilliyimiz dövründə Fövqəladə Hallar Nazirliyi yarandığı andan demək olar ki, yaxşı mənada, qoyulan sərt qaydalar bu binaların konstruksiya möhkəmliyinə zəmin verib. Sovet dövründə 6 bal gücünə davamlılıq qaydaları təbii ki, qoyulub. Xüsusən, “xruşşovkalar” etapında bu kimi beşmərtəbəli yaşayış binaları kütləvi hal aldı. Əsasən, 19-cu əsrin axırları, 20-ci əsrin əvvələrindəki kütləvi şəkildə tikilən 3, 4, 5 mərtəbəli yaşayış binalarıdır kı, təbii olaraq burada 9 bal gücünə hesabat olmayıb. O dövrdə enli divarlara üstünlük verilirdi ki, bu da möhkəmliyə zəmin yaradırdı. Hər üç dövrdə olan tikililərin hər birinin möhkəmlik standartları haqda bu binaların hər birinin üzərində gərək ekspertiza aparılsın. Yəni, “filan illərdə tikilən binalar güclü zəlzələdə mütləq dağılacaq” yanaşması düzgün deyil”.
C.Həsənov qeyd edib ki, dağıntı barədə tikili sıxlığı və yaxud seyrəkliyi də mühüm əhəmiyyət kəsb edir:
“Ümumiyyətlə, güclü zəlzələdə elə ola bilir ki, beş binanın ikisi dağılsın, yanındakı qalsın. Niyə? Zəlzələ dalğasının istiqamətinin perpendikulyar və ya paralel formada olmasından da asılı olur. Bunu bir neçə dəfə şəhərsalma memarı kimi ilk olaraq açıqlamışam. Dağıntıda tikili sıxlığı və yaxud seyrəkliyi də mühüm əhəmiyyət kəsb edir. Birmənalı olaraq güclü zəlzələdə bütün “xruşşovkalar”ın dağıla biləcəyini də demək olmaz. Bilirsiniz, burada yer çuxuru amili (bünövrəsi hansı yeraltı maddələr üzərində olması – C.H) də mühümdür.
Eyni binanın birinin bir tərəfdə digərinin də ondan beş-on km aralıda olması da mümükündür. Əsas olan odur ki, onun bünövrəsi hansı məhlul üzirində olmasıdır. Ola bilir ki, heç güclü zəlzələ olmayanda da bina çatlaya bilir.
“Xruşovkalar” onsuz da istismar müddətinin bitməsi illərindədir və ona görə də dövlətimiz tərifindən bu kimi binaların sökülməsi üçün işlər aparılır. Bu gün tikililərlə bağlı qəbul olunmuş qanun, qaydalar əsasında Fövqəladə Hallar Nazirliyi tərəfindən ciddi nəzarət var”.