AZ

Macarıstan Avropada demokratiya böhranından şikayətlənir

Macarıstan Avropada demokratiya böhranından şikayətlənir

Macarıstanın xarici işlər naziri Peter Siyarto Avropada demokratiya böhranından şikayətlənib. AFN.az xəbər verir ki, bu barədə "RİA Novosti" məlumat yayıb.Siyartoya görə, bu problem haqqında olması lazım olduğundan daha az danışılır. “Avropada böyük bir demokratik kəsir var. Özünü rəngarəng, tolerant və qəbul etməyə hazır kimi qələmə verən liberal meynstrim tamamilə diktator hegemonluğuna can atır və bütün başqa düşüncə tərzini siyasi və sosial mühitdən sıxışdırmağa çalışır”, - deyə o, gileylənib.Nazir Slovakiyanın baş naziri Robert Fico və ABŞ prezidentliyinə namizəd Donald Trampın həyatına sui-qəsdləri xatırladaraq, sözügedən siyasətçilərin onlara qarşı çıxan rəqibləri tərəfindən fiziki cəhətdən məhv edilməsinə çalışılmasına diqqət çəkib. O vurğulayıb ki, Macarıstan suverenliyin qorunub saxlanmasını həyati məsələ hesab edir və bunun üçün mübarizə aparmaq niyyətindədir.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
28
afn.az

1Mənbələr