AZ

“Açığı, xüsusi qabardılacaq problemimiz yoxdur”

“Biz hər dəfə meydançaların statusuna uyğun olaraq hazırlaşırıq”.

Bu sözləri Sportinfo.az-a açıqlamasında “Turan Tovuz”un rusiyalı yeni qapıçısı İvan Konovalov deyib.

Vaxtilə Rusiya Premyer Liqasında çıxış etmiş, Serbiya, Belarus, Şotlandiya, Qazaxıstan kimi ölkələrdə əlcək taxmış 29 yaşlı kiper süni örtüyün onlara maneə törətməyəcəyini söyləyib:

“Sintetika”dan narazılığım yoxdur. Otdan “süni”yə keçəndə bir az çətin olur. Amma ümumi götürsək,

Tovuzdakı örtük hamar və yumşaqdır. Əminliklə deyə bilərəm ki, keyfiyyətlidir.

“Süni”də oynayacağıqsa, burada hazırlaşırıq. “Təbii”də qonaq olacağıqsa, otun üstündə məşq edəcəyik.

Xüsusi qabardılacaq problemimiz yoxdur, açığı”.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
63
sportinfo.az

1Mənbələr