AZ

Avropada CİDDİ DEMOKRATİYA BÖHRANI: Brüsselin "Baydeni" sülhə əngəl olur

Macarıstanın xarici işlər və xarici iqtisadi əlaqələr naziri Peter Siyarto Avropa İttifaqının (Aİ) ölkənin baş naziri Viktor Orbanın Ukraynada münaqişənin sülh yolu ilə nizamlanması təklifi ilə bağlı mövqeyini tənqid edib.

Publika.az xəbər verir ki, o, Orbanın Moskva və Pekinə səfərlərinin tənqid olunduğunu xatırladıb.

"Burada çox uşaq və uşaq bağçası reaksiyaları izləndi - "Brüsselin Baydeni" - Cozep Borrel irəli göndərildi", - Siyarto bildirib.

O qeyd edib ki, Borrel hesab edir ki, Avropa İttifaqının Xarici İşlər Nazirləri Şurasının Budapeştdə deyil , Brüsseldə bir araya gələcəyi təqdirdə Macarıstan inciyəcək.

"Bizə əhəmiyyət vermirlər", - Siyarto qeyd edib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
81
3
publika.az

1Mənbələr