AZ

“Eyni anda başlasa, işlər nəzarətdən çıxacaq”

ABŞ-ın “Wall Street Journal” (WSJ) qəzeti ABŞ administrasiyasının qarşıdakı illərdə İran, Şimali Koreya, Çin və Rusiya kimi rəqibləri ilə necə münasibətlər quracağını müzakirə edib.

Təhlildə İranın İsrailə qarşı cavab planı, Rusiya-Ukrayna müharibəsi, Qəzzadakı münaqişələr, Çin-Tayvan gərginliyi və Şimali Koreyanın Cənubi Koreyaya yaratdığı təhdidlər xatırladılır və “dünyada getdikcə bir-biri ilə əlaqəli olan çoxsaylı böhranların baş verdiyi bildirilir”.

ABŞ-ın keçmiş prezidenti Donald Tramp hökumətində milli təhlükəsizlik sahəsində çalışmış istefada olan general-leytenant Keyt Kelloq vəziyyətin getdikcə daha çox nəzarətdən çıxdığını deyir: “Böhranlar eyni vaxtda baş versə, onların hamısını idarə etmək imkanı olmayacaq və işlər nəzarətdən çıxacaq. Reaksiya qabiliyyətiniz məhdud olacaq”.

Belə bir vəziyyətdə ABŞ-ın öz prioritetlərini müəyyən etməsi çətinləşir. Trampın vitse-prezidentliyə namizədi Ceyms Vens iddia etmişdi ki, Birləşmiş Ştatlar məhdud imkanlara görə Ukraynaya dəstəyi dayandırmalı və Avropanın təhlükəsizliyinə sərmayə qoymalıdır.

Amerika İdeyaları İnstitutunun mühafizəkar analitik mərkəzinin əməkdaşı Sumantra Maitra təklif edir ki, Rusiya prezidenti Vladimir Putini öz tərəfinə çəkməklə Vaşinqton administrasiyası Rusiya liderinin Çinlə əlaqələrinin möhkəmlənməsinin qarşısını ala bilər. Belə bir ssenaridə Vaşinqton Çin-Rusiya yaxınlaşmasını pozmaq üçün Avropa və Ukraynadan əl çəkməlidir.

Bununla belə, respublikaçılar arasında Ukrayna müharibəsindən sonra Putinlə münasibətləri normallaşdırmağın mümkün olmadığını vurğulayanlar da var.

Təhlildə bildirilir ki, ABŞ prezidenti Co Bayden yarışdan geri çəkildikdən sonra Demokratlar adından sükanı ələ keçirən vitse-prezident Kamala Harrisin seçkilərdə qalib gələcəyi təqdirdə mövcud siyasəti davam etdirəcəyi gözlənilir.

Noyabrın 5-də keçiriləcək seçkilərdə Trampın qalib gələcəyi təqdirdə ABŞ-ın xarici siyasətinin necə formalaşacağı hələlik bəlli deyil.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
78
vaxt.az

1Mənbələr