AZ

HƏMAS siyasi lideri İsmayıl Haniyənin qətlinin yeni təfərrüatları elan edilib

"Biz sionist qruplaşmasını lazım olan vaxt və uyğun yerdə ağrılı və ağır cəzalandıracağıq..."
 
Bu gün İranda yeni prezident Məsud Pezeşkianın andiçmə mərasimində iştirak etmək üçün iyulun 31-də Tehrana gələn HƏMAS Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyənin qətlinin yeni təfərrüatları elan edilib.
 
Moderator.az xəbər verir ki, bu barədə İordaniyanın "Əl-Qad" qəzeti məlumat verib. Məlumatı "cursorinfo.co.il" nəşri yayıb.
 
İranın kəşfiyyat naziri İsmayıl Hətib bəyan edib ki, istintaq məlumatları göstərib ki, "ölkə vətəndaşlarının bu qətldə əli yoxdur".
 
Beləliklə, rəsmi Tehran əvvəllər Haniyənin yatdığı otağa partlayıcı maddə qoyulması barədə şübhəli bilinən İran İnqilabı Keşikçiləri Korpusu (SEHAB) döyüşçülərinin üzərindən ittihamları götürüb.
 
İran hakimiyyəti üçüncü dəfə bəyanat verərək bu qətlin törədilməsində İsraili ittiham edib və "sərt şəkildə cavab veriləcəyi ilə" təhdid edib. İndi Tehran bəyan edir ki, "bu qətl sionist qruplaşması tərəfindən cinayətkar Amerika administrasiyasının dəstəyi ilə planlaşdırılıb və gerçəkləşdirilib".
 
"İstintaqın məlumatına görə, bu terror əməliyyatı döyüş hissəsinin çəkisi təxminən 7 kq olan, Haniyənin qonaq iqamətgahı binasının hüdudlarından kənarda partlayan qısamənzilli raketin tətbiq edilməsilə həyata keçirilib", - nazir Hətib əlavə edib.
 
"Biz sionist qruplaşmasının lazım olan vaxt və uyğun yerdə ağrılı və ağır cəzalandırılacağını təsdiq edirik", - İran Kəşfiyyat Nazirliyinin bəyanatında deyilir.
 
İranın xarici işlər naziri Abbas Araqçı fransalı həmkarı Stefan Sejurne ilə söhbətində həmçinin bəyan edib ki, Tehran "HƏMAS lideri İsmayıl Haniyənin qətlə yetirilməsilə İranın suverenliyinin bağışlanılmaz pozulmasına görə sionist rejimini cəzalandırmaq hüququndan istifadə edəcək". Bu barədə İranın "Təsnim" agentliyi məlumat verib.
 
"Haniyənin Tehranda qətli üzrə sionist rejimin cinayətkar aktını İranın suverenliyi və təhlükəsizliyinin bağışlanılmaz pozulması kimi pisləyərək, Araqçı İranın təcavüzkarı cəzalandırmaq hüququnu təsdiq edib", - agentliyin məlumatında deyilir.
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
44
moderator.az

1Mənbələr