AZ

Bakıda 32 dərəcə isti olacaq

Bakı. Trend:

Bu günə olan hava proqnozu açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətinin Hidrometeoroloji ProqnozlarBürosundan Trend-ə verilən məlumata görə, Bakıda və Abşeronyarımadasında hava dəyişkən buludlu, əsasən yağmursuz keçəcək.Lakin səhər bəzi şəhərətrafı ərazilərdə qısamüddətli yağış yağacağıehtimalı var. Arabir güclənən şimal-qərb küləyi əsəcək. Havanıntemperaturu gecə 20-25° isti, gündüz 28-32° isti olacaq. Atmosfertəzyiqi 758 mm civə sütunundan 756 mm civə sütununa enəcək. Nisbirütubət gecə 60-70 %, gündüz 50-55 % olacaq. Abşeronçimərliklərində arabir güclənən şimal-qərb küləyi əsəcək. Dənizsuyunun temperaturu Şimal çimərliklərində: (Sumqayıt, Novxanı,Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) 26-27° isti, Cənubçimərliklərində: (Türkan, Hövsan, Sahil, Şıx) 27-28° istiolacaq.

Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcək. Lakinbəzi dağlıq ərazilərdə qısamüddətli yağış yağacağı, şimşək çaxacağıehtimalı var. Gecə və səhər bəzi dağlıq ərazilərdə zəif dumanolacaq. Şərq küləyi əsəcək, bəzi yerlərdə arabir güclənəcək.Havanın temperaturu gecə 22-27° isti, gündüz 33-38° isti, dağlardagecə 13-18° isti, gündüz 20-25° isti olacaq.

Məqalədə:
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
80
50
az.trend.az

10Mənbələr